Daşkəsəndə gənc oğlan bıçaqlandı

18 Noyabr 2018 22:54 (UTC+04:00)

Axşam saatlarında Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

1995-ci il təvəllüdlü rayon sakini Elvin Rəfi oğlu Məmmədov kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az