İlhamə yenidən Nazpərini məhkəməyə verdi
9 Aprel 2013 13:24 (UTC+04:00)
Bu gün Yasamal Rayon Məhkəməsində Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsi üzrə işə baxılıb. Bu barədə müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, həmin ərizə Yasamal Rayon Məhkəməsinə deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı üçün işə baxılmayıb. Onu da deyim ki, həmin idarəyə ünvanlanmış ərizə İlhamə xanım tərəfindən yazılmışdı. Hazırda vəkil Şəfiqə Nağıyeva özü ərizənin tərtibi ilə məşğul olur. Faiq Ələkbərlinin sözlərinə görə, ərizə xüsusi ittiham qaydasında məhkəməyə veriləcək.
Bahar Rüstəmli
AzNews.az