Almaniyada iki təyyarə toqquşdu

18 Noyabr 2018 23:25 (UTC+04:00)

Almaniyada iki yüngül təyyarə toqquşub.

Hadisə Kükhoven şəhəri yaxınlığında baş verib.

Nəticədə bir pilot ölüb, digəri isə ağır xəsarət alıb.

Hadisə bir təyyarənin enərkən, digərinin isə havaya qalxarkən baş verib.

Polis pis hava şəraiti versiyasını nəzərdən keçirmir, çünki həmin vaxt hava yaxşı olub.(oxu.az)

AzNews.az