Futbol üzrə Azərbaycan millisinin üzvləri Kosovoya çatdı - FOTOLAR

18 Noyabr 2018 23:54 (UTC+04:00)

UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəyi VI tur matçı ilə əlaqədar səfərə çıxan Azərbaycan yığması Priştina şəhərinə çatıb.

Bolqarıstanın VİA aviaşirkətinə məxsus çarter reysli təyyarə 3 saatlıq uçuşdan sonra ünvana çatıb.

Azərbaycan nümayəndə heyəti Hava limanından otelə yollanıb. Bu gün istirahət edəcək yığma üzvləri noyabrın 19-da Fadil Vokkri adına stadionda məşqə çıxacaq. Baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da futbolçulardan biri ilə mətbuat konfransı keçirəcək. Elə həmin arenada noyabrın 20-də təşkil olunacaq qarşılaşma saat 23:45-də başlanacaq.

Qeyd edək ki, hazırda Kosovo paytaxtında qarlı hava şəraiti müşahidə olunur.

Bundan əvvəl Azərbaycan yığması Farer adaları millisini məğlub edib. (report)

AzNews.az