İŞİD bombalı hücum etdi: 5 ölü, 16 yaralı

19 Noyabr 2018 09:19 (UTC+04:00)

İraqın Tikrit şəhərində, bomba dolu maşınla hücum təşkil olunub. Hadisə zamanı 5 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tikrit polisi verdiyi açıqlamada hadisə yerinin təhlükəsizlik kordonu ilə əhatəyə alındığını və istintaq başladıldığını deyib.

O, hücumu boynuna alan kimlərinsə olmadığını, lakin terror qruplaşması olan İŞİD-dan şübhələndiklərini bildirib.

Pərvanə AĞAZADƏ
AzNews.az