Rusiyada ticarət mərkəzi yandı

19 Noyabr 2018 09:22 (UTC+04:00)

Bazar ertəsinə keçən gecə, Rusiyanın Vladivostok şəhərində yerləşən "Bum" ticarət mərkəzində güclü yanğın baş verib.

İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.

Alov 800 kvadratmetr sahəni əhatə edib.

Əraziyə 8 yanğınsöndürmə briqadası cəlb edilib.(report.az)

© AzNews.az