Anasını buynuzla yaralayan qoçu kəsdi, fotosunu isə...

19 Noyabr 2018 09:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyənin Konya şəhərinin Ereyli qəsəbəsində bir qadın (64 yaş) yem vermək istədiyi qoçun hücumuna məruz qalıb. Nəticədə üzündən və başından yaralanmaqla xəstəxanalıq olub.

Oğlu Salim Toker də əsəbiləşərək anasını xəstəxanalıq edən qoçu kəsib fotolarını sosial şəbəkədə yayımlayıb.

Burnunda qırıqlar əmələ gələn qadın ambulansla Ereyli Dövlət Xəstəxanasına götürülərək nəzarət altına alınıb.

Elgün
AzNews.az