Azərbaycan ordusunda iməcilik keçiriləcək

19 Noyabr 2018 10:19 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində noyabrın 24-ü park təsərrüfat günündə iməcilik təşkil olunacaq.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ərazilərin tullantılardan təmizlənməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, eləcə də yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

© AzNews.az