Qadın rəfiqəsinin boğazını kəsdi

19 Noyabr 2018 10:38 (UTC+04:00)

Moskvanın cənubunda qadın qısqanclıq zəminində öz rəfiqəsini qətlə yetirib.

İnsident Rusiya paytaxtındakı Yerevan küçəsində baş verib. Artıq hadisəni törədən şəxs saxlanılıb.

Hüquq-mühafiqə orqanlarından bildiriblər ki, noyabrın 16-da gecədən keçmiş baş verən qətl yaşayış evlərinin birində törədilib. 1975-ci il təvəllüdlü qadın qısqanclıq zəminində öz rəfiqəsi tərəfindən boğazından bıçaqlanaraq öldürülüb.

Hazırda müstəntiqlər tərəfindən istintaq hərəkətləri aparılır.(teleqraf.com)

© AzNews.az