Kliçko uğursuz merdir - Kiyevlilər

19 Noyabr 2018 10:40 (UTC+04:00)

Kiyev şəhərinin sakinləri mer Vitali Kliçkonun fəaliyyətinə qiymət veriblər.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda sorğu NewsOne telekanalında aparılıb.

Tamaşaçılardan bu suala cavab istənilib: "Kliçko şəhər meri kimi uğurludur, yoxsa uğursuz?".

Nəticədə studiyaya zəng edən 7850 nəfərin 95 faizi onun fəaliyyətindən narazılığını bildirib. Bu informasiyanı isə aparıcı efirdə belə səsləndirib:

"95 faiz deyir ki, o, Kiyev meri vəzifəsində uğursuzdur. Onun siyasəti də uğursuz olub. Hətta, onun komandası da şəhər üçün bir bəladır".

Xatırladaq ki, sabiq boksçu Vitali Kliçko 2014-cü ildə mer seçilib. Mer vəzifəsinə növbəti seçkilər isə 2020-ci ildə keçiriləcək. Kliçko həmin seçkilərdə də iştirak edəcəyini açıqlayıb.

Babək Göyüş

AzNews.az