Murat Dalkılıç Bakıda kababın dadına vuruldu - VİDEO

19 Noyabr 2018 11:21 (UTC+04:00)

Türkiyənin tanınmış müğənnisi Murad Dalkılıç Bakıda səfərdədir.

AzNews.az xəbər verir ki, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlama verib. O, bildirib ki, bu səfərdə məqsəd “Dünya halı” filminin qala gecəsinə qatılmaqdır.

Murad Dalkılıç açıqlamasında Bakıya aşiq olduğunu deyib: “Qonaqpərvərliyiniz üçün çox təşəkkür edirəm. Kababınızı, közləmənizi yedik, yeməkləriniz çox dadlıdır”.

Bahar RÜSTƏMLİ
AzNews.az