“Azəri Günel”in bu açıqlaması aparıcını təəccübləndirdi

19 Noyabr 2018 11:25 (UTC+04:00)

“Azəri Günel” kimi məşhurlaşan müğənni Günel Zeynalova Azərbaycanda metroda gediş haqqı ilə bağlı maraqlı açıqlama verib.

AzNews.az xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. 33 sualdan birinin cavabı aparıcı Ruslan Ağayevin təəccübünə səbəb olub.

Aparıcının “metrodan çıxdınız, nə qədər gediş haqqı ödədiniz” sualına Günelin cavabı belə olub: “Deyəsən 2 manat”.

Günel növbəti suallara cavab verərkən ən zəif yeri ailəsi olduğunu deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az