Polis onu axtarırdı - Tutuldu

19 Noyabr 2018 12:38 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5 maddəsi ilə axtarışda olan İqbal Həsənov həbs olunub.

O, Cinayət Məclləsinin 32-ci (iştirakçılığın növləri), 312-ci (rüşvət vermə), 206-cı (qaçaqmalçılıq), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 334-cü (fərarilik) maddələri ilə ittiham olunur.

Bahar RÜSTƏMLİ
AzNews.az