Moskvaya hücum etmək üçün Türklər Kiyevə silah verdi - Rusiyalı jurnalist

19 Noyabr 2018 13:17 (UTC+04:00)

Ukrayna silahlı qüvvələrinə Türkiyənin operativ-taktiki pilotsuz uçan "Bayraktar TB2" aparatını vermək üçün rəsmi Ankara ilə Kiyev razılığa gəlib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı rusiyalı hərbi jurnalist Yuri Butusov Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə belə aparatın alınması Ukraynaya texnoloji üstünlük verəcək:

"Yəqin ki, rəsmi Kiyev bu silahları Rusiyaya qarşı yönəldəcək. Bunun qarşısını almaq üçün Rusiya özünün müasir pilotsuz uçan aparatlarını təkmilləşdirməlidir".

"Əslində Kiyevin öz ordusunda belə zərbedici dronların olması Rusiyanı ehtimal olunan hücumdan qorunmaq üçün öz resurslarını səfərbər etmək məcburiyyətində qoyacaq"- Yuri Butusov belə deyib.

Babək Göyüş

AzNews.az