Bakıda qadını yaşadığı evdə güllələdilər

19 Noyabr 2018 13:58 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə aşkarlanıb.

Faktla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az