“Yalan informasiyalardan yorulmuşam” - Neymar

19 Noyabr 2018 14:08 (UTC+04:00)

PSJ-nin braziliyalı ulduzu Neymar jurnalistlərlə xoş davranması üçün pul alması iddialarına münasibət bildirib.

O, bunu axmaqlıq adlandırıb:

“Bilmirəm ki, nə deyim? Axmaq jurnalistlərin dezinformasiyalarından yorulmuşam. Yaxşı ki, səbr edə bilirəm”.

Qeyd edək ki, “France-2” telekanalı Neymarın azarkeşlərin alqışlarına görə pul aldığını yayıb. Jurnalistlərlə xoş davranış üçün pul aldığı iddialarını isə “Football Leaks” irəli sürüb.(qafqazinfo.az)

© AzNews.az