Ördəyə güllə atdı, dostuna dəydi

19 Noyabr 2018 15:19 (UTC+04:00)

Rusiyanın Krasnodar diyarında ördək ovu zamanı ovçulardan biri həmkarını vurub.

Yanlış açılan atəş nəticəsində həmin şəxs başından ağır yaralanıb.

Ovçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin təfərrüatıyla bağlı araşdırma aparılır.

Atəş açan şəxs saxlanılıb.(trend.az)

© AzNews.az