Benzin doldurma stansiyasında çalışan qadın əsir götürüldü

19 Noyabr 2018 15:23 (UTC+04:00)

Almaniyada silahlı kişi benzin doldurma stansiyasında çalışan qadını əsir götürüb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Boxum şəhərinin Haupstrabe küçəsində baş verib.

Bu haqda informasiyanı yerli polis idarəsi özünün Twitter səhifəsində yazıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlı dəstələr ərazini mühasirəyə alıblar.

Şimali Reyn-Vestfaliya polis idarəsindən vəziyyətin stabil olduğunu deyiblər.

Silahlı şəxsin və əsir götürülən qadının kimliyi açıqlanmır.

Babək Göyüş

AzNews.az