“Avtomobil kralı” həbs olundu

19 Noyabr 2018 16:01 (UTC+04:00)

Yaponiyada Nissan və Renault kompaniyalarının direktorlar şurasının sədri Karlos Qon həbs edilib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Reuters agentliyi yayıb.

Mənbə bildirir ki, Qon Nissan Motor Co. şirkətinə verilən mükafatın bir hissəsinin qiymətli kağızlar formasında deklorasiyadan keçirməməkdə ittiham olunur.

Yaponiyanın Nissan Motor Co. avtomobil konserni direktorlar şurasının növbəti iclasında Qonun işdən uzaqlaşdırılması təklifini irəli sürəcək. Şirkətdən bildiriblər ki, Qon "Nissan Motor Co."dan şəxsi məqsədlər üçün istifadə edib.

Yaponiyanın Asahi qəzeti yazır ki, kompaniyanın ofisində hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparır.

Qeyd edək ki, 64 yaşlı Karlos Qon Renaultun rəhbərliyinə 1996-cı ildə gətirilib. 1999-cu ildə isə Renault və Nissan strateji tərəfdaş olub. Bu baxımdan o, Nissanın istehsalat üzrə direktoru vəzifəsinə təyin olunub, bir il sonra isə bu şirkətin Baş direktoru və prezidenti vəzifələrinədək yüksəlib.

Qon 2005-ci ildən Renaultun baş direktoru və prezidenti vəzifələrində çalışır.

Babək Göyüş

AzNews.az