Səfirlik Ermənistan TIR-ları ilə bağlı iddiaları təkzib etdi

19 Noyabr 2018 16:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, səfirliyin mövzuya dair açıqlamasında bildirilir ki, Türkiyənin Ermənistan TIR-larına sərhəd keçid məntəqəsini açdığı barədə bəzi xəbər saytlarında yer tutan xəbərlər həqiqəti əks etdirmir.

"Türkiyənin Gürcüstan Səfirliyində Ermənistan vətəndaşlarına iş vizası verilməsi və bununla Ermənistanda qeydiyyatda olan TIR-ların Türkiyənin Trabzon limanından istifadə etməsi barədəki xəbərlər həqiqəti əks etdirmir"-deyə məlumatda bildirilir.

Xatırladaq ki, Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy Türkiyənin ildə 400 Ermənistan TIR-na Trabzon limanı üzərindən dünyaya açılma icazəsi verdiyini iddia etmişdi.

Elgün
AzNews.az