İran gəmisi qəzaya uğradı - Ölənlər var

19 Noyabr 2018 17:28 (UTC+04:00)

İranın Limanlar və Dənizçilik Təşkilatının rəsmisi İsmayıl Məkkizadə deyib ki, şüşə materialı daşıyan gəmi Əbu Musa adasından 7 mil şərqdə hərəkətini dayandırıb. Onun sözlərinə görə, iki xilasetmə gəmisi, hərbi gəmilər və bir ədəd texniki gəmi 5 dənizçinin xilası üçün hadisə yerinə göndərilib.

"Bir gəmi xidmətçisi xilas edilib, 2 dənizçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılıb, 2-nin meyiti isə axtarılır. Hazırda axtarış əməliyyatına havadan da dəstək göstərilir".(trend.az)

© AzNews.az