Ukrayna İnterpoldan çıxa bilər

19 Noyabr 2018 20:04 (UTC+04:00)

Ukrayna İnterpola üzvlüyünü dayandırmaq niyyətindədir.

Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib. O bildirib ki, əgər rusiyalı Aleksandr Prokopçuk İnterpola rəhbər seçilərsə, ölkəsi üzvlükdən imtina edəcək.

Qeyd edək ki, İnterpola prezident seçkisi noyabrın 21-də keçiriləcək. İnterpolun əvvəlki prezidenti Men Hunvey korrupsiyada ittiham olunaraq Çində həbs edilib. Hunvey təşkilatın rəhbəri vəzifəsindən istefaya göndərilib. (qafqazinfo.az)

AzNews.az