“El” hərəkatı “Lənkəran səddi“ni aşdı

9 Aprel 2013 15:18 (UTC+04:00)
Məlum olduğu kimi bir neçə gün öncə "El" hərəkatının təsisçi üzvü Eldəniz Quliyev Lənkərana səfəri zamanı təzyiqlərlə üzləşmiş və şəhərə buraxılmamışdı. Elə bu səbəbdən də "El" hərəkatının nəzərdə tutulan konfransı baş tutmamışdı.

Amma bütün bu təzyiqlərə baxmayaraq, "El"in Lənkəran şəhərində planlaşdırdığı konfrans öz işini başa vurub. E.Quliyev AzNews.az-a açıqlamasında bildirdi ki, konfrans həmin günün səhəri keçirilib: "Həmin günün səhəri Lənkərana getdim. Bütün təzyiqlərə baxmayaraq, görüşlərimizi və konfransımızı keçirdik".

Məkan məsələsinə gəlincə, E.Quliyev dedi ki, bütün Azərbaycan "El"in ofisidir: "Azərbaycanı bağlasalar, dağıtsalar onda bizim ofisi də bağlaya bilərlər. Bu mümkünsüz bir şeydir. Biz Azərbaycanın istənilən məkanını, o cümlədən Bakını "El"ə ofis sayırıq".

Bahar Rüstəmli
AzNews.az