Ərdoğan Putini hədiyyələrlə yola saldı - FOTOLAR

19 Noyabr 2018 21:47 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, İstanbulda “Türk axını” layihəsinin dəniz hissəsinin açılış mərasimi keçirilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Rusiya lideri Vladimir Putin də iştirak edib.

Mərasimdən sonra tərəflər arasında görüş keçirilib.

Ərdoğan Putinə Alov Alatlının "Dünya Növbəti - Qoqolun İzində" ikicildli kitabının rus dilinə tərcümə olunmuş variantını hədiyyə edib.

Rusiya prezidenti İstanbuldakı görüşlərini tamamlayaraq Türkiyədən ayrılıb.

AzNews.az