“Lider” TV-də yeni təyinat

19 Noyabr 2018 22:29 (UTC+04:00)

"Lider” televiziyasının xəbərlər departamentinə yeni rəhbər təyin olunub.

Unikal.org xəbər verir ki, bu posta uzun illərdir televiziya sahəsində çalışan Aynur Vəliqızı gətirilib.

Bu təyinata qədər A.Vəliqızı "Lider Xəbər" Departamentinin Sosial və Mədəniyyət redaksiyasının rəisi vəzifəsində çalışıb.

A. Vəliqızına qədər həmin vəzifəni tutan Anar Şükürov isə başqa televiziyada vəzifə aldığı üçün öz ərizəsi ilə işdən çıxıb.

AzNews.az