“Barsa” tənbəl futbolçuya xəbərdarlıq etdi

19 Noyabr 2018 23:03 (UTC+04:00)

“Barselona” klubunun rəhbərliyi Usman Dembeleyə sonuncu xəbərdarlıq edib.

Buna səbəb fransalı legionerin nizam-intizam qaydalarına əməl etməməsidir.

Dembele mütamadi olaraq məşqlərə gecikir, habelə kollektivlə inteqrasiyaya meyl etmir. O həmçinin ispan dilini öyrənməyə tələsmir, daha çox həmyerlisi Samuel Umtiti ilə ünsiyyət saxlayır.

Əgər Dembele xəbərdarlığa məhəl qoymasa, tezliklə əsas komandadan uzaqlaşdırıla bilər. (oxu.az)

AzNews.az