Salyanda maşın piyadanı vuraraq öldürdü

19 Noyabr 2018 23:50 (UTC+04:00)

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Çuxanlı kəndi ərazisində hələlik şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vurub.

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan şəxs hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az