Toya gedən qadın xəstəxanalıq oldu

20 Noyabr 2018 09:25 (UTC+04:00)

Noyabrın 19-dan 20-ə keçən gecə rayonun Öyrət kənd sakini, 1961-ci il təvəllüdlü Gülxanım Ziyəddin qızı İsmayılova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan bildirilib ki, müayinə zamanı G.İsmayılovanın noyabrın 19-u axşam saatlarında iştirak etdiyi toy məclisində qidadan zəhərləndiyi məlum olub. G.İsmayılovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.(report.az)

© AzNews.az