İnstagram fırıldaqçılarla mübarizə aparacaq

20 Noyabr 2018 09:41 (UTC+04:00)

İnstagram sosial şəbəkəsi digər tətbiqlər vasitəsilə feyk layk, şərh və izləyənlərin sayını məhdudlaşdıracaq.

Bu gündən başlayaraq populyarlığı artırmaq üçün əlavə tətbiqlər vasitəsilə yaradılan feyk layk, şərh və izləyicilər silinəcək.

Şirkətin bu cür servislərdən istifadə edən akkauntları müəyyən edib silməyi imkan verən texnologiya yaratdığı qeyd olunur. Bununla yanaşı istifadəçilər feyk layk, şərh və izləyicilər silinəndə bildiriş alacaqlar.(trend.az)

© AzNews.az