Zakir Həsənov Türkiyə və Gürcüstan generalları ilə görüşəcək

20 Noyabr 2018 09:53 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana gələcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcəklər. Üçtərəfli görüş noyabrın 21-də Bakıda keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

© AzNews.az