ABŞ kəşfiyyatı Trampa hesabat verir - Qaşıqçı skandalı çözülür: dünyanın gözü Ağ Evdə

20 Noyabr 2018 09:55 (UTC+04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Camal Qaşıqçı ilə bağlı hesabatı yekunlaşdırıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, CİA bu gün hesabatını Donald Trampa təqdim edəcək. Tramp bu hesabatın, hadisənin kim tərəfindən edildiyinə aydınlıq gətirəcəyini deyib.

Hesabatın nəticəsinə görə Trampın tez-tez “yaxşı müttəfiq” kimi qiymətləndirdiyi Səudiyyə Ərəbistanına qarşı necə davranacağı hamı tərəfindən maraqla gözlənilir.

Pərvanə AĞAZADƏ
AzNews.az