Çaqqallar kənd sakinini xəstəxanalıq etdi - Foto

20 Noyabr 2018 11:19 (UTC+04:00)

Hadisə rayonun Xanbulan kəndində baş verib.

Belə ki, səhər saatlarında işə getmək üçün həyətdən çıxan Cavad Şəmsəddin oğlu Muradov çaqqallarla üz-üzə gəlib. Bu zaman yırtıcı heyvanlar ona hücum edib. O yırtıcı heyvanlara müqavimət göstərən zaman müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səsə C.Muradovun atası gəlib və çaqqallardan birini öldürüb. Xəsarət alan C.Muradov xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə peyvənd vurulub.(virtualaz.org)

© AzNews.az