İtaliyada qaraçı mafiyasının villaları sökülür

20 Noyabr 2018 15:55 (UTC+04:00)

İtaliyanın paytaxtı Romada 600-ə yaxın bələdiyyə əməkdaşı qaraçı mafiyasına məxsus villaların söküntüsünə başlayıb.

Şəhər rəhbərliyinin qərarına əsasən Kazamonika klanına məxsus 8 villa sökülür.

Prosesə Roma meri Virciniya Racci nəzarət edir.

Qeyd edək ki, Kazamonika klanına qarşı keçirilmiş əməliyyat nəticəsində 35 nəfər həbs olunmuşdu.(trend.az)

© AzNews.az