Şeyx İran-Azərbaycan münasibətlərindən danışdı

9 Aprel 2013 16:57 (UTC+04:00)


Aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsində Fatimeyi-Zəhranın vəfatı günü münasibətilə tədbir keçirilib.

"Media forum" saytı xəbər verir ki, tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə İran-Azərbaycan münasibətlərinə də toxunub: "Hər iki tərəfdə bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var. Amma biz din adamları buna imkan verməməliyik. İranla Azərbaycanın qardaşlıq münasibətlərinin daha da yaxşılaşmasına çalışmalıyıq".

AzNews.az