Paris Hilton nişanlısından ayrıldı

20 Noyabr 2018 17:22 (UTC+04:00)

Məşhur Hilton ailəsinin varisi, model Paris Hilton və 10 aylıq nişanlısı, aktyor Kris Zilka ayrılıb.

Cütlük bir neçə gün bundan əvvəl münasibətlərinə son qoymaq barədə qərar veriblər.

Ötən gündən etibarən isə Amerika mətbuatı 37 yaşlı modellə 33 yaşlı aktyorun ayrılma xəbərini yayıb. Onların bu addımının təfərrüatı isə bilinmir.

Qeyd edək ki, cütlük iki il əvvəl “Oksar”ın tədbirində tanış olmuş, bu ilin yanvar ayında nişanlanmışdılar.(qafqazinfo.az)