Azərbaycan vətəndaşının ayaqqabısından narkotik vasitə çıxdı

20 Noyabr 2018 18:09 (UTC+04:00)

İrandan qayıdan Azərbaycan vətəndaşı Əhmədov Vüsal Əhməd oğlu özünü şübhəli və narahat apardığı üçün Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda saxlanılıb.

Bu barədə DGK-dan məlumat verilib.

Şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun ayaqqabısının hər iki tayında - tərliyinin altında gömrük nəzarətindən gizlədilmiş, cəmi 2 ədəd bükümdə qablaşdırma ilə birgə, ümumi çəkisi 33 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

AzNews.az