Şəkidə piyadanı maşın vurdu

20 Noyabr 2018 21:30 (UTC+04:00)

Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb.

Şəhərin Yaqub Süleymanov küçəsi, ev 14 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Təyarə Abdulla qızı Hüseynovanı avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq T.Hüseynova ilkin müayinədən sonra övladlarının təkidi ilə xəstəxanadan evə aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır. (report)

AzNews.az