Tovuzda avtomobil qəzası: ölən var

20 Noyabr 2018 22:14 (UTC+04:00)

Tovuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Qəza zamanı 1957-ci il təvəllüdlü Rahilə Muxtar qızı Namazova xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az