Trampdan şahzadə açıqlaması - Onunla Argentinada görüşəcəm

21 Noyabr 2018 08:52 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı Qaşıqçı cinayətinə dair qərarını yüz faiz vermədiyini deyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G20 sammitində vəliəhd şahzadə Salmanla görüşəcəyini bildirib.

Səudiyyə mediası da vəliəhdin G20-nin sammitinə gedəcəyini yazmışdı.

Trump ötən gün verdiyi açıqlamada da Səudiyyə rəhbərliyinə dəstəyini gizlətməyib.

Ağ Evin sahibi vurğulayıb ki, ABŞ kəşfiyyatı Qaşıqçı cinayəti haqda məlumatları toplamaqda davam edir: "Ola bilsin ki, şahzadənin bu cinayətdən öncədən xəbəri olub, ancaq bu, hələ öz təsdiqini tapmayıb".

Babək Göyüş

AzNews.az