Orta məktəblərdə payız tətili başa çatdı

21 Noyabr 2018 09:12 (UTC+04:00)

Azərbaycanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlin payız tətili başa çatıb.

AzNews.az-ın xəbərinə görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edib. Builki tədris ilində növbəti tətil gələn il yanvarın 27-dən 31-dək olacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Səidə,
AzNews.az