Bakıda yanğın - 4 nəfər təxliyə edildi

21 Noyabr 2018 09:14 (UTC+04:00)

Bakı şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb.

Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az