AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən partlayışdan 2 nəfər yaralı xilas olub. 3 nəfər isə mədəndə qalıb. Xilas olan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Xilasetmə işlərinə kömək edən 5 nəfər isə içəridəki qazdan zəhərlənərək xəstəxanaya aparılıb.
Zonguldağ valisi bununla bağlı açıqlamasında 2 nəfərin xilas olunduğunu bildirib. Dağıntılar altında qalan 3 nəfərlə bağlı, “Oranı havalandıracaqlar və işçiləri çıxaracaqlar. İşçilər görülüb. Bizə bildirilən budur. Yaşadıqlarına ümidimiz yoxdur”, - deyib.
Pərvanə AĞAZADƏ
AzNews.az