Azərbaycanlı qadın 8 nəfəri xilas etdi - Ölümündən sonra

21 Noyabr 2018 10:09 (UTC+04:00)

Güney Azərbaycanın Muğan şəhərində vəfat edən azərbaycanlı qadının bədən üzvləri orqana ehtiyacı olan xəstələrə bağışlanıb.

43 yaşlı Seyyidətac Sərmirinin bədən üzvləri ailəsinin razılığı ilə xəstələrə bağışlanıb.

Mərhumun orqanları 8 nəfəri ölümdən qurtarıb.

Yüksək qan təzyiqindən infarkt keçirən qadının beyin ölümü diaqnozu təsdiqləndikdən sonra ailəsi tərəfindən bu qərar verilib.(teleqraf.com)

© AzNews.az