Latviyada Azərbaycan əsilli müğənninin albomu işıq üzü görüb

21 Noyabr 2018 11:09 (UTC+04:00)

“Lauska” şirkətində hazırlanan alboma doqquz mahnı daxildir. Müxtəlif ölkələrin laylaları əsasında hazırlanan mahnıların əsas məqsədi insanların yuxuları və gerçəkliklər, uşaqlıq və yetkinlik, arzular və reallıqlar arasındakı incə telləri dinləyiciyə çatdırmaqdır.

Leyla Əliyeva Livanda azərbaycanlı və latış ailəsində doğulub. Uşaqlıqdan müxtəlif xalqların folkloruna maraq göstərən müğənni köklərinə uyğun olaraq Şərq və Şimal mahnı janrlarını sintez edərək yeni bir qol yaratmaq arzusundadır. O, 2015-ci ildə keçirilən beynəlxalq mahnı festivalında Latviyanı təmsil edib.

Müğənninin albomu Latviyanın Dövlət Mədəniyyəti Fondunun dəstəyi ilə işıq üzü görüb. (Azərtac)

AzNews.az