Keniyada italiyalı qızı qaçırdılar

21 Noyabr 2018 11:36 (UTC+04:00)

Bu barədə ölkə polisinin rəsmi tvitter hesabında məlumat yayılıb.

Bildirilir ki, Malindi şəhəri yaxınlığındakı ticarət mərkəzinə bir qrup silahlı kişi hücum edib. Onlar ətrafı atəşə tutublar və bu zaman 5 nəfər yaralanıb. Məlumata görə, yaraqlılar daha sonra “Miele Onlus” qeyri-hökumət təşkilatında könüllü işləyən 23 yaşlı qızı qaçırıblar.(qafqazinfo.az)

© AzNews.az