Robert De Niro boşanır - Səbəbi bilinmir

21 Noyabr 2018 11:52 (UTC+04:00)

“Oskar” və “Qızıl Qlobus” mükafatçısı, Hollivud ulduzu Robert De Niro şəxsi həyatı ilə gündəmə gəlib.

O, 20 illik həyat yoldaşı, aktrisa Qreys Haytatauerllə boşanmağa hazırlaşır.

Bu barədə “The Hollywood Reporter” xəbər yayıb.

Onların hansı səbəbdən ayrılması barədə məlumat verilməyib.

Qeyd edək ki, cütlüyün bu nikahdan iki övladı var.(qafqazinfo.az)

© AzNews.az