YAP Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad etdi

21 Noyabr 2018 12:28 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının yaradılmasının (YAP) 26 illiyi münasibətilə partiyanın rəhbərliyi və üzvləri noyabrın 21-də Fəxri xiyabana gələrək YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri və əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.(AZƏRTAC)

© AzNews.az