Hindistanda təyyarə qəzası

21 Noyabr 2018 13:41 (UTC+04:00)

Hindistanın Heydərabad şəhəri yaxınlığında kiçik ölçülü təlim təyyarəsi qəzaya uğrayıb.

Qəza nəticəsində yüngül yaralanan pilot xəstəxanaya yerləşdirilib.

Hadisə yerli vaxtla 11:30 radələrində (Bakı vaxtı ilə 10:00) baş verib. Yerli polisin məlumatına əsasən, Raciv Qandi adına Aviasiya Akademiyasına məxsus təlim təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.(AZƏRTAC)

© AzNews.az