Beren Saat ekranlara geri dönür

21 Noyabr 2018 13:51 (UTC+04:00)

Aktrisa Beren Saat dünyaca məşhur serial platforması olan “Netflix”lə müqavilə imzalayıb.

Bu barədə şirkətin rəsmi səhifəsində məlumat verilib.

Paylaşımda “The Crown”da Kraliça Yelizavet, “House of Cards”da Claire Underwood, “Maniac”da Annie, “La Casa de Papel de Tokyo, GLOW”da Ruth Wilder və “Marvel's Jessica Jones”dakı Jessica Jones kimi obrazların görüntüləri əks olunub və Beren Saata “güclü qadınların arasına xoş gəldin” şərhi verilib.(qafqazinfo.az)

© AzNews.az