İnam Kərimovdan yeni təyinat

21 Noyabr 2018 14:16 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov Mərkəzin direktoru müavini təyin edilib.

Bu barədə KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

Qeyd edək ki, AEİMM-in tərkində 9 institut fəaliyyət göstərir.(report.az)

© AzNews.az